Turizm şirkətləri qatar biletlərinin onlayn satışını aparır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satış müddətinin genişləndirilməsi planlaşdırılır.
Hurriyyet.info Xezerxeber.az- a istindadən xəbər verir ki, bu barədə "Dəmir Yolları" QSC-dən bildirilib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev deyib ki, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Lakin, indiki həmin istiqamətə olan tələbat nəzərə alınaraq bu müddətin artrılaraq 90 günə çartdırılması planlaşdırılır.
Bəxtiyar Haciyev sosial şəbəkələrdə turizm şirkətlərinin sözügedən istiqamət üzrə satışa çıxardığı biletlərə də aydınlıq gətirib. Qeyd edib ki, satılmış biletlər başqasının adına rəsmiləşdirilə bilməz.
O da bildirildi ki, satışa çıxarıldığı tarixdən indiyədək Bakı-Tbilisi-Bakı marşrutu üzrə ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 mini bilet kassalarında satılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.