📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı

2026-06-19 11:06:50

Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı

Xarici ölkələrə tur paketləri təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan edilib.

Hurriyyet.info  APA-ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Şen Zülfüqar qızı Faida ilə bağlı dələduzluq əməlləri üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı onun ölkəni tərk etdiyi müəyyən edilib.

Hazırda faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.