📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

2026-09-04 19:52:15

Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

İrəvanın Birinci İnstansiya Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Q.Tsarukyanın vəkili Emin Xaçatryan bildirib.

"Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb. Biz bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyik", - E.Xaçatryan bildirib.