📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın Hindistan səfərinə hazırlıqlar başladı

2026-06-27 18:46:50

Trampın Hindistan səfərinə hazırlıqlar başladı

ABŞ Prezidenti Donald Trampın administrasiyası onun gələn ilin əvvəlində Hindistana baş tuta biləcək səfəri üçün hazırlıqlara başlayıb.

Hurriyyet.info  xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

O, əlavə edib ki, Amerika tərəfi səfəri təşkilinə ümid edir.

Rubionun sözlərinə görə, Trampın səfərindən əvvəl o, lazımi tədbirləri hazırlamaq üçün bu ilin sonuna qədər özü Hindistana səfər etməyi planlaşdırır. Donald Tramp sonuncu dəfə Hindistanaa 2020-ci ilin fevral ayında səfər edib.

Dövlət Departamenti Vaşinqton və Nyu-Dehlinin münasibətlərini yaxın hesab edir və Trampın G7 sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra əlaqələrin gücləndiyini qeyd edir. ABŞ Hindistanı regionda əsas tərəfdaş kimi görür.