📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın ətrafı narahatdır - ABŞ Tayvanla bağlı nə planlaşdırır?

2026-05-17 22:26:06

Trampın ətrafı narahatdır - ABŞ Tayvanla bağlı nə planlaşdırır?

ABŞ Tayvan məsələsində status-kvonun qorunmasını və regionda sabitliyin təmin olunmasını gözləyir.

Publika.az "ABC News" telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bəyan edib.

"Ən vacib məqam Tayvan boğazında status-kvonun dəyişməməsidir. Prezident Donald Tramp da açıq şəkildə bildirdi ki, Amerikanın Tayvanla bağlı yanaşmasında heç bir dəyişiklik yoxdur. Biz vəziyyətin sabit qalacağını gözləyirik", – deyə o vurğulayıb.

Daha əvvəl "Axios" portalı öz mənbələrinə istinadən xəbər verib ki, Trampın ətrafı Çin Xalq Respublikasının Tayvana mümkün müdaxiləsindən narahatdır.