Tramp Zelenskiyə xəbərdarlıq edib
2026-09-13 22:51:55
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın dizel yanacağı obyektlərinə PUA zərbələrini dayandırmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, İrlandiyaya səfəri zamanı jurnalistlərə açıqlama verən D.Tramp hücumların qlobal yanacaq bazarına zərər vurduğunu bildirib:
“Cənab Zelenskinin etməli olduğu tək bir şey var. Rusiyadakı dizel yanacağı obyektlərini vurmaqdan imtina etmək. Vurulacaq başqa hədəflər çoxdur. Dizeli vurmayın, bu, dünyaya zərər verir”.
D.Tramp, həmçinin qlobal yanacaq qıtlığının Yaxın Şərqdən deyil, Rusiya-Ukrayna müharibəsindən qaynaqlandığını vurğulayıb.