📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Səudiyyə Ərəbistanının həmin xahişini rədd edib

2026-09-11 21:46:44

Tramp Səudiyyə Ərəbistanının həmin xahişini rədd edib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Yəməndə husilərə qarşı hücumlar başlatmaq istəyini rədd edib.

Hurriyyet.media  xəbər verir ki, bu haqda “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp imtina edib və ABŞ administrasiyasının rəsmiləri hazırda husilərlə münaqişəyə birbaşa müdaxilə planlarının olmadığını vurğulayıblar.

Məlumata görə, Məhəmməd bin Salman 10 sentyabrda Trampa iki dəfə zəng edərək husilərin mövqelərinə hücumlar tələb edib.