📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Rusiya və İrana qarşı yeni sanksiyalar layihəsini dəstəkləyib

2026-07-30 10:28:30

Tramp Rusiya və İrana qarşı yeni sanksiyalar layihəsini dəstəkləyib

ABŞ Prezidenti Donald Tramp Konqresdə hazırlanmış Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bildirib.

Hurriyyet.Media xəbər verir ki, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp qeyd edib ki, İrana qarşı tədbirlərin yalnız sanksiyalarla deyil, həm də gömrük rüsumları ilə gücləndirilməsinin daha məqsədəuyğun olacağını düşünür.

Bununla yanaşı, o, qanun layihəsinin təcili qəbul edilməsi üçün Konqresin avqust tətilinin dayandırılmasına ehtiyac görmədiyini bildirib.