📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Pultiyə bu səlahiyyətləri verdi

2026-07-01 19:45:58

Tramp Pultiyə bu səlahiyyətləri verdi

ABŞ Prezidenti Donald Trump Milli Kəşfiyyatın direktoru vəzifəsini müvəqqəti icra edən Bill Pultiyə istənilən məlumatın məxfiliyini aradan qaldırmaq səlahiyyəti verib.

Modern.az xəbər verir ki, Donald Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bill Pulti həmin vəzifədə bir neçə ay çalışacaq və o, bu müddət ərzində zəruri hesab etdiyi bütün məlumatların məxfiliyini aradan qaldıra bilər.

Prezident, həmçinin əlavə edib ki, daimi direktor vəzifəsinə Cey Kleytonun namizədliyinə iki həftə sonra Senatın Kəşfiyyat Komitəsində baxılacaq.

Xatırladaq ki, Bill Pulti iyunun 19-dan bəri müvəqqəti olaraq Milli Kəşfiyyatın rəhbəri vəzifəsini icra edir.