📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp İranla razılaşmanı yalan adlandırdı - Sərt ittihamlar

2026-06-12 21:53:36

Tramp İranla razılaşmanı yalan adlandırdı - Sərt ittihamlar

ABŞ Prezidenti Donald Tramp bəyanatla çıxış edib. O, Tehranın mediaya sızdırdığı iddia olunan razılaşma şərtlərini saxta xəbər adlandırıb və İran rəhbərliyini beynəlxalq ictimaiyyəti aldatmağa çalışmaqda günahlandırıb.

Hurriyyet.info  xəbər verir ki, Tramp sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, İran tərəfinin mediaya ötürdüyü məlumatlar ABŞ-la müzakirə olunan yazılı təkliflərlə heç bir əlaqə daşımır.

“İranın saxta xəbərlərə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur”, - deyə ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, İran rəsmilərinin son günlər verdiyi açıqlamalar da reallığı əks etdirmir:

“Onların söylədikləri, o cümlədən guya razılaşmanın əldə olunması barədə zəif və aciz bəyanatları həqiqətlə heç bir əlaqəsi olmayan söz yığınından ibarətdir”.

Trampın bəyanatı Vaşinqton və Tehran arasında aylardır davam edən mürəkkəb diplomatik danışıqlar fonunda səslənib. Son günlər İran mediasında yayılan məlumatlarda tərəflərin müəyyən kompromisə yaxınlaşdığı, hətta nüvə proqramı ilə bağlı çərçivə razılaşmasının müzakirə olunduğu iddia edilirdi.