📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

2026-05-01 23:04:22

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni qərarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Axios-a istinadən yayılan məlumata görə, Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi məktubda fevralın 28-də başlanmış hərbi əməliyyatların dayandırıldığını bildirib.

Məktubda qeyd olunur ki, hazırda əməliyyatlar dayandırılsa da, Vaşinqton gələcəkdə hərbi addımların atılması ehtimalını istisna etmir.

Tramp vurğulayıb ki, ABŞ administrasiyası vəziyyəti yaxından izləyir və lazım gəldiyi təqdirdə əlavə qərarlar qəbul oluna bilər.