📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp əmindir ki, Netanyahunu Cənubi Livandan çıxara biləcək

2026-06-23 11:04:23

Tramp əmindir ki, Netanyahunu Cənubi Livandan çıxara biləcək

ABŞ prezidenti Donald Tramp İsrailin qoşunlarını Cənubi Livandan çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edə biləcəyinə əmindir.

Hurriyyet.info  xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində danışıb:

"Mən problem həll edənəm; problemləri çox tez həll edirəm, o cümlədən Bibi (İsrail Baş naziri Benyamin Netanyahu - red.) ilə bağlı problemləri də".

Qeyd edək ki, dünən Netanyahu İsrailin qoşunlarını Livan ərazisindən çıxarmaq niyyətində olmadığını bir daha təkrarlayıb: "Qəti şəkildə inanıram ki, şimal sakinlərini və ölkənin bütün vətəndaşlarını qorumaq üçün lazım olduğu qədər Cənubi Livandakı təhlükəsizlik zonasında qalacağıq".