📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp demokratların Ağ Evdə onun tikdirdiyi bal zalını sökəcəyindən qorxur

2026-09-06 18:59:48

Tramp demokratların Ağ Evdə onun tikdirdiyi bal zalını sökəcəyindən qorxur

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ağ Evin bal salonu tamamlandıqdan sonra Demokratlar istəsələr belə, onu sökə bilməyəcəklər.

Hurriyyet.media  xəbər verir ki, Amerika prezidenti fikirlərini New York Magazine-lə bölüşüb: “Düşünmürəm ki, onlar fiziki olaraq bunu edə bilsinlər".

Tramp fikrini tikintidə "ən möhkəm polad" və "nüvə elektrik stansiyalarında istifadə edilən qədər möhkəm beton"dan istifadə edilməsi ilə əsaslandırıb: "Bu, nüvə betonudur. Təsəvvür edirəm ki, onu məhv etmək çox çətin olacaq. Nüvə hücumuna davam gətirmək üçün nəzərdə tutulub. Əmin deyiləm ki, sökülə bilər".

Adı çəkilməyən Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp bal zalının tikintisini öz mirasının bir hissəsi kimi görür: "O, prezidentlik müddətinin sonuna qədər tikintini başa çatdırmaq üçün tələsir; bu, onun üçün çox vacibdir, çünki Demokratlar üçün görülən işləri geri qaytarmaq çətin olacaq. Bal zalının tikintisi başa çatdıqdan sonra, o, hər kəsə Donaldın tikdiyi zal kimi əbədi olaraq tanınacaq. Demokratlar həqiqətən gəlib onu sökəcəklərmi? Buna inanmaq çətindir".

Jurnala danışan Tramp özü etiraf edib ki, Ağ Evdən ayrıldıqdan sonra ABŞ-da heç kim onun şərəfinə abidə ucaltmayacaq: "Mən gedəndə heç kim bunu etməyəcək".

Əvvəllər xəbər verildiyi kimi, bal zalının tikintisinin 2028-ci ilin yayında başa çatması planlaşdırılır. Zalda eyni vaxtda 650 nəfərə qədər yerləşə biləcək.