📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp benzin istehsalçılarından 5 il əvvəlin qiymətini tələb edir

2026-06-30 11:44:05

Tramp benzin istehsalçılarından 5 il əvvəlin qiymətini tələb edir

ABŞ prezidenti Donald Tramp yenidən istehsalçılardan ölkədə benzin qiymətlərinin aşağı salınmasını tələb edib.

Hurriyyet.info  xəbər verir ki, o, Truth Social hesabındakı paylaşımda benzin istehsal edən şirkətləri hüquqi nəticələrlə hədələyib: "Benzin pərakəndə satıcıları qiymətlərini dərhal aşağı salmalıdırlar! Neftin hazırda barelinin 68 dollara satıldığını və düşdüyünü nəzərə alsaq, benzin çox bahadır".

Tramp qiymətlərin şişirdilməsini qanunsuz elan edərək, qiymətləri aşağı salmayanlar üçün böyük problemlər yaradacaqlarını bildirib. ABŞ prezidenti qallon üçün 2,50 dolları (təxminən 3,8 litr) məqbul qiymət adlandırıb.

ABŞ-da benzinin orta qiyməti hazırda 3,80 dollardır. Benzin sonuncu dəfə 2,50 dollara 2021-ci ilin əvvəlində olub.

ABŞ-da noyabr ayında keçiriləcək ara seçkiləri ərəfəsində Trampın ölkə iqtisadiyyatının barometrinə çevrilən benzin qiymətlərini inzibati yollarla salmağa çalışması bu addımdan da respublikaçılara qarşı istifadə olunmasına şərait yaradır.