📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək

2026-06-29 18:47:30

Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək

ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.

Hurriyyet.info  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb.

"İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.

O, həmçinin başqa bir paylaşım edib və orada WTI markalı neftin bir barelinin 69 dollar olduğunu yazıb.

"WTI markalı neft - 69 dollardır və qiymət azalmağa davam edir. Bu, İranın nüvə silahından imtina prosesinə başlamazdan əvvəlki göstəricidən aşağıdır!", - Tramp vurğulayıb.