“Toyda şəklimi çəkir ki, gedib cadu etdirsin“
Müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayım zamanı onu saxta profillərlə tənqid edən şəxslərdən danışıb.
Bakıvaxtı.az bildirir ki, ifaçı bir məclisdə başına gələn hadisəni bölüşüb. O, fotosunun çəkilməsini istəmədiyini, amma qonağın buna məhəl qoymadığını bildirib:
"Bir məclisdə idim. Formasız biri oynayır, yanındakına da deyir ki, get, şəklini çək. Görünüşü olmayanların bəxti gətirir. Bilirəm fotonu niyə çəkirlər, tanıyıram. Mən də üzümü çevirdim ki, çəkməsin. Gördüm ki, yox, gəlir çəkir. Mənə az cadu edilib, get, sən də et. Edənlər nə qazandı ki, sən də qazanasan".
M.Əsədova daha sonra onun haqqında mənfi rəylər yazan saxta profillərdən söz açıb:
"Biri var, 22 saxta səhifəsi var. Buradan mənə deyirlər ki, səni çox istəyirik. Canlı yayım açan kimi nələr yazırlar. Bir insan göstərin ki, yaxşı işlə məşğuldur".