📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda “Ford”la motosiklet toqquşdu - Xəsarət alan var

2026-09-06 14:18:22

Tovuzda “Ford”la motosiklet toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.media  xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.

Toqquşma nəticəsində motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Hadisə ilə bağlı araşdırma aparılır.