📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tofiq Zülfüqarov haqda iddia Ermənistanda gündəm oldu

2026-08-30 21:12:56

Tofiq Zülfüqarov haqda iddia Ermənistanda gündəm oldu

Aram Sərkisyanın Azərbaycanın sabiq xarici işlər nazirinin adından dedikləri nə dərəcədə gerçəkdir?

Ermənistanda sabiq prezident Robert Köçəryanla bağlı cinayət işlərinin yenidən gündəmə gəlməsi fonunda 1999-cu il 27 oktyabr terroru ətrafında köhnə müzakirələr də qızışıb.

Hurriyyet.media  xəbər verir ki, Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan bu mövzuda “Hraparak”a Azərbaycan oxucu üçün də maraqlı olan iddialar səsləndirib.

Onun dediklərinə diqqət edək.

Picture background

Sitat: “2001–2007-ci illərdə ABŞ dövlət katibinin keçmiş müavini və o vaxt Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi rəhbəri olan Vitali Naumkinin iştirakı ilə ermənilər, artsaxlılar və azərbaycanlılardan ibarət nümayəndə heyətləri arasında üçtərəfli görüşlər təşkil olunurdu. Bu, artsaxlıların azərbaycanlılarla bir masa arxasında oturduğu yeganə format idi və tərəflər bu formatdan imtina etmirdilər. Ab-hava elə idi ki, iştirakçılar bütün məsələləri bir-biri ilə açıq şəkildə müzakirə etməli, daha sonra konstruktiv siyasi fəaliyyətə keçməli idilər. Sonralar bu format ATƏT-in Minsk Qrupunun bir növ modelinə çevrildi. Mən erməni nümayəndə heyətinə rəhbərlik edirdim, Azərbaycan tərəfini isə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov əlaqələndirirdi. Bir dəfə ikimiz kofe içməyə çıxdıq və mən ondan soruşdum: “Tofiq, necə oldu ki, sən və prezidentin xarici əlaqələr üzrə müşaviri(söhbət Vəfa Quluzadədən gedir-red) qəfil istefa verdiniz?” Onların hər ikisi 1999-cu ildə istefa vermişdi. O, mənə sözbəsöz belə cavab verdi: “Əgər istefa verməsəydik, Ermənistanda 27 oktyabr 1999-cu ildə baş verən hadisə bizim də başımıza gələrdi”. Mən heyrətə gəldim. Heç ağlıma da gəlməzdi ki, o belə cavab verəcək. O getdi və mən onu bir daha heç vaxt görmədim. Uzun müddət bu barədə düşündüm və belə qənaətə gəldim ki, bu sui-qəsd daha ciddi qüvvələr – xüsusi xidmət orqanları tərəfindən təşkil olunub”.

İddialarla bağlı sabiq nazir T.Zülfüqarovun fikirlərini öyrənməyə çalışacağıq.