📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb

2026-08-30 15:49:41

Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub.

Hurriyyet.media  xəbər verir ki, bu barədə "Xinhua" agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb.

"The Paper"qəzeti qeyd edib ki, itkin düşənlər arasında 23 ölkədən 261 əcnəbi var.

Regionda təbii fəlakətlərə qarşı maksimal reaksiya rejimi fəaliyyət göstərir. Çin hökuməti axtarış-xilasetmə əməliyyatının və bununla əlaqədar işlərin aparılması üçün 120 milyon yuan (ölkə Mərkəzi Bankının cari məzənnəsi ilə təqribən 18 milyon dollar) ayırıb. Hakimiyyət orqanlarının hesablamalarına görə, bu missiyada 2,1 mindən çox adam, o cümlədən Çin Xalq Azadlıq Ordusunun və Xalq Silahlı Polisinin əsgər və zabitləri, aidiyyəti xidmətlərin və dövlət idarələrinin əməkdaşları iştirak edir.

Daha əvvəl xəbər verilmişdi ki, Nepalın Çinlə sərhəd rayonlarında baş vermiş dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 675 nəfərə çatıb.