📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“The Simpsons” bunu da bilib

2026-05-12 19:09:35

“The Simpsons” bunu da bilib

“The Simpsons” çoxseriyalı animasiya filminin yaradıcılarının kruiz gəmisində hantavirus yayılmasını öncədən “proqnozlaşdırdığı” iddia olunub.

Buna Böyük Britaniyanın "The Daily Mirror" qəzeti diqqət çəkib.

Nəşrin məlumatına görə, 2012-ci ildə yayımlanan “Simpsonlar”ın 23-cü mövsümünün 19-cu seriyasında ailə başçısı Homer həyat yoldaşı Marj və üç övladı Bart, Liza və Meqqi ilə birlikdə kruiz gəmisində səyahət edir. Birdən onların dənizdəki istirahəti siren səsləri və televizor ekranında general Uilyam Sallivanın videomüraciəti ilə yarımçıq qalır. General sərnişinlərə “Pandora” adlı ölümcül virusun sürətlə yayıldığını bildirir. Bundan sonra gəmidə panika başlayır.

“Simpsonlar” ABŞ televiziya tarixinin ən uzunömürlü animasiya serialı hesab olunur. Layihə "Gracie Films və 20th Century Fox Television" tərəfindən istehsal edilir./unikal/