📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq

2026-05-15 16:31:47

Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq

Təhsil üzrə bir sıra mühüm xidmətlər elektron hökumət portalına mygov-a inteqrasiya olunub.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinə aid 5 yeni xidmətin platformaya inteqrasiyası sayəsində təhsilalanlar və valideynlərin işi rahatlaşacaq.

Beləliklə, mygov ilə:

- abituriyentlərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qeydiyyatı,

- bakalavrların magistratura və rezidentura səviyyələrinə qeydiyyatı,

- ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı,

- məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu aparılacaq.

Növbəti tədris ili üçün qeydiyyat proseslərini my.gov.az saytından "Xidmətlər" bölməsindən "Elm və Təhsil Nazirliyi" və ya "Təhsil" sahəsini seçərək rahatlıqla icra edə bilərsiniz.