📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhlükəli motosiklet sürücüsü saxlanıldı

2026-06-28 10:28:08

Təhlükəli motosiklet sürücüsü saxlanıldı

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-dən Hurriyyet.info-ya bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.