📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ! Putin Kiyevlə bağlı əmr verdi: 3 gün...

2026-09-06 10:39:19

TƏCİLİ! Putin Kiyevlə bağlı əmr verdi: 3 gün...

Rusiya prezidenti Vladimir Putin üç sutka ərzində Kiyevə zərbələrin dayandırılması barədə göstəriş verib.

Hurriyyet.media  bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, göstəriş sentyabrın 5-nə keçən gecə saat 00:00-dan etibarən üç sutka müddətinə qüvvədə olacaq.

“Doğrudan da, belə məlumat daxil olub. Ali Baş Komandan, prezident Vladimir Putin bu gecə saat 12-dən başlayaraq üç sutka ərzində Kiyevə zərbələr endirilməməsi barədə göstəriş verib”, – deyə Peskov bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, qərar ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevdə keçirəcəkləri görüşlərə hazırlıq və təmasların keçirilməsi ilə əlaqədardır.

Peskov həmçinin Putinin sentyabrın 5-də Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcəyini təsdiqləyib.