📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ: Azərbaycanda güclü zəlzələ oldu

2026-06-12 17:32:49

TƏCİLİ: Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.

Hurriyyet.info  xəbər verir ki, yeraltı təkan bir neçə rayonda hiss edilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.