📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi - FOTO

2026-09-07 12:11:52

TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi - FOTO

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Hurriyyet.media Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Canəli Nəbiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə gətirilib.

O, son təyinata qədər Xocavənd Rayon Mərkəzi Xəstəxanasına direktoru vəzifəsində işləyib.

Xatırladaq ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Mahir oğlu Rüstəmbəyov iyun ayında vəzifəsindən azad olunub.