📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taşacak bu deniz”də şok ayrılıq - Aktyor açıqladı

2026-06-18 15:39:27

“Taşacak bu deniz”də şok ayrılıq - Aktyor açıqladı

TRT 1-in sevilən layihələrindən olan “Taşacak Bu Deniz” serialında daha bir gözlənilməz ayrılıq yaşanıb.

Hurriyyet.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda “Gezep” obrazını canlandıran aktyor Onur Dilber yeni mövsümdə ekran işində yer almayacağını açıqlayıb. Aktyor sosial şəbəkə hesabında etdiyi paylaşımda qərarı təəccüb və məyusluqla qarşıladığını bildirib.

Onur Dilber qeyd edib ki, tamaşaçıların rəğbətini qazanan Gezep obrazının son həftələrdəki inkişaf istiqaməti personajın mahiyyətindən uzaqlaşıb. O, xarakterin əvvəlki xəttinə qayıdacağına və vəd edilən hekayənin yeni mövsümdə davam edəcəyinə ümid etdiyini, lakin serialdan çıxarıldığını sonradan öyrəndiyini vurğulayıb. 

Aktyor paylaşımında “Deyiləcək çox söz var, zamanı gələndə danışarıq” ifadəsini işlədərək ayrılığın pərdəarxasında başqa səbəblərin də ola biləcəyinə işarə edib. O, Gezep obrazını sevən tamaşaçılara və ona dəstək olan hər kəsə təşəkkür edib. 

Qeyd edək ki, son günlər “Taşacak Bu Deniz” serialında bir neçə aktyorun layihə ilə yollarını ayıracağı barədə xəbərlər yayılır. Gezep obrazının serialdan ayrılması isə tamaşaçılar arasında geniş müzakirələrə səbəb olub.