📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taksi sifariş etdi, “Lamborghini" gəldi - VİDEO

2026-09-06 11:07:42

Taksi sifariş etdi, “Lamborghini

Bakıda əcnəbi turistin taksi sifarişi zamanı qeyri-adi hadisə baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə lüks avtomobil – “Lamborghini” gəlib.

Gözlənilməz mənzərə ətrafdakıların da diqqətini çəkib. Turistin taksi gözləntisinin qarşısına belə bahalı avtomobillə çıxılması sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib. İzləyicilər “Lamborghini”nin taksi kimi gəlməsini təəccüblə qarşılayaraq hadisəyə müxtəlif reaksiyalar bildiriblər./milli.az