Tahir Rzayev: "Aqrar sektorun davamlı inkişafı dövlətlərin əsas vəzifələrindəndir"
"Yüz milyonlarla insanın iqlim dəyişiklikləri nəticəsində ərzaq çatışmazlığından əziyyət çəkməsi, çörəyə, suya, qidaya möhtac qalması ciddi düşünməyə, aqrar sektorun inkişafı üçün beynəlxalq əməkdaşlığı, dialoq mühitini genişləndirməyə zərurət yaradır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində "Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.
O əlavə edib ki, aqrar sektorun davamlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbiətin qorunması və insanların rifahının yaxşılaşdırılması dövlətlərin əsas vəzifələrindəndir:
"Dünən Aqrar Subsidiya Şurası çox mühüm bir qərar imzalayıb. Bununla aqrar sektorun bütün sahələri üzrə subsidiyaların həcmi artırılıb. Əlbəttə ki, bu, dövlət dəstəyinə bir nümunədir. Ölkədə aqrar sektorun inkişafı üçün həyata keçirilən çox mühüm tədbirdir".