Şuşanı qarış-qarış gəzdilər... - Video
2026-09-11 21:19:39
Bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfər ediblər.
“Qafqazinfo”nun məlumatına görə, diplomatik korpusun nümayəndələri Şuşada Gövhər Ağa məscidində olublar.
Bundan əlavə, onlar şəhərdə həyata keçirilən bərpa-quruculuq işləri və Şuşa Yaradıcılıq Mərkəzindəki “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
Həmin görüntüləri təqdim edirik: