📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya WUF13-də iştirak edəcək

2026-05-11 14:47:12

 Suriya WUF13-də iştirak edəcək

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşq qubernatoru Maher Edlibi ilə görüşüb. 

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüş Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) iştirak edəcək Suriya Ərəb Respublikası nümayəndə heyətinin Azərbaycana səfərindən əvvəl keçirilib.