Suriya QARIŞDI: Küçələr alovlandı, nazirlərin İSTEFASI TƏLƏB OLUNUR - VİDEO
Suriyanın müxtəlif bölgələrində dizel yanacağının qiymətinin kəskin artmasından sonra etiraz aksiyaları davam edir. Sakinlər təkərləri yandırır, mühüm yolları kəsir və neft emalı zavodlarına gedən yanacaq çənlərinin hərəkətini bloklayırlar.
Hurriyyet.media xəbər verir ki, ötən həftəsonu Suriya hakimiyyəti dizelin qiymətini 40 faiz artıraraq bir litr üçün 175 Suriya funtuna (1,32 dollar) qaldırıb. Bundan sonra etirazlar ölkənin bir neçə rayonunu əhatə edib.
Xüsusilə, nümayişçilər Dəməşqi sənaye mərkəzi olan Hələblə birləşdirən magistral yolu bağlayıb, həmçinin ölkənin mərkəzi hissəsindəki neft emalı zavoduna tərəf hərəkət edən xam neft daşıyan avtosistern karvanlarını saxlayıblar.
Etirazçılar yanacağın əvvəlki qiymətlərinin bərpa olunmasını tələb edirlər. Bəzi aksiyanın iştirakçıları isə energetika və iqtisadiyyat nazirlərinin, eləcə də Suriya Neft Şirkətinin rəhbərinin istefasını tələb edirlər.