📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib

2026-06-26 15:36:22

Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib

Cəbrayıl rayonunun Soltanlı kəndindən olan şəhid İlqar Əsgər oğlu Məmmədovun şərəfli döyüş yolundan bəhs edən “Vida yeri-Lələtəpə” adlı sənədli film çəkilib.

APA xəbər verir ki, sənədli film ilk dəfə Sumqayıt şəhəri Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində nümayiş etdirilib.

Təqdimat məraisimində qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Filmin çəkilməsində təşkilatçılığı şəhid İlqar Məmmədovun döyüş yoldaşı, müharibə veteranı Səkinə Həmidova həyata keçirib, ekran işinin ssenari müəllifi və rejissoru isə uzun illər keçmiş cəbhə bölgəsində çalışmış jurnalist Teymur Zahidoğludur.

Şəhidin bacısı yaradıcı kollektivə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.