📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda oğurluq edən şəxs saxlanıldı

2026-06-15 18:52:55

Sumqayıtda oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Bu barədə Hurriyyet.info - ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.