📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şükürbəyliyə yola salınan köç karvanı kəndə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

2026-06-17 17:25:42

Şükürbəyliyə yola salınan köç karvanı kəndə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç çatıb.

Hurriyyet.info xəbər verir ki, ailələrə mənzillərin açarları təqdim olunub.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib.

Hurriyyet.info xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.