“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
2026-09-14 21:45:51
Bakıda söküntü ərazisindən meyit tapılıb.
Hurriyyet.media xəbər verir ki, hadisə sentyabrın 13-ü saat 17 radələrində Ş.Rəhimov küçəsi 43-də baş verib.
“Sovetski”də sökülən binanın qalıqları arasından üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti aşkar edilib.
Həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.
Araşdırma aparılır.
***
Hurriyyet.media -nın məlumatına görə, meyiti aşkar edilən şəxsin 1968-ci il təvəllüdlü Ağayev Eyvaz Yusif oğlu olduğu polis əməkdaşları tərəfindən müəyyən edilib.