📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

2026-07-31 14:11:20

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

Siyəzən rayonunda sosial şəbəkədə qeyri-etik ifadələr səsləndirən şəxs həbs edilib.

Hurriyyet.Media xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəvan Babayev (ad-soyad şərti verilib – red.) “Tik-tok” sosial şəbəkəsində özünə məxsus “siyezen_taksi_xidməti” adlı hesabında paylaşdığı videoda əxlaqsız ifadələr işlədib.

Babayev Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib.

Siyəzən Rayon Məhkəməsinin qərarı ilə Babayev 8 gün müddətinə həbs edilib.