📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Soner Sarıkabadayının Bakı paylaşımlarının sirri açıldı

2026-07-01 19:01:15

Soner Sarıkabadayının Bakı paylaşımlarının sirri açıldı

Türkiyəli məşhur müğənni Soner Sarıkabadayının son günlər sosial şəbəkədə Bakı ilə bağlı paylaşdığı videoların səbəbi bəlli olub.

Hurriyyet.info  xəbər verir ki, sənətçi rəsmi sosial media hesabında paylaşdığı videoda Bakıdakı pərəstişkarlarına müraciət edərək yaxın zamanda konsert tarixini açıqlayacağını bildirib.

Soner paylaşımında, "Çox yaxında Bakı konsertimin tarixi açıqlanacaq. Gəlin birlikdə mahnılar oxuyaq, nə olar ki?  sözlərini yazaraq Bakıdakı sevənlərini həyəcanlandırıb.

Qeyd edək ki, Soner Sarıkabadayı daha əvvəl də Bakıda konsert proqramı ilə çıxış edib və Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.