SOCAR-ın yataqxanasında ÖLÜM - Meyiti tapıldı
2026-09-11 19:05:28
Bakıda yataqxanada meyit tapılıb.
Hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.
Hacıqabul rayon sakini 47 yaşlı Ramil Abduləli oğlu Əliyevin meyiti SOCAR-ın Azneft Qazma İdarəsinin yataqxanasında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Pirallahı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.(Lent.az)