📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirkətlər gözləmə mövqeyindədir: Hörmüzdə daşımaların bərpası gecikir

2026-06-16 17:34:46

Şirkətlər gözləmə mövqeyindədir: Hörmüzdə daşımaların bərpası gecikir

Hörmüz boğazı ilə dəniz daşımalarının tam bərpası üçün hələ bir neçə həftə vaxt lazım olacaq.

Hurriyyet.info  xəbər verir ki, bunu Yaponiyanın gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines”ın rəhbəri Jotaro Tamura “Financial Times” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, gəmi sahibləri ABŞ-İran razılaşmasının real və davamlı olduğuna əmin olmadan bu strateji marşruta qayıtmaq istəmirlər.

“Son aylardakı gərginlik səbəbindən bu qərarın tam şəkildə formalaşması ən azı bir neçə həftə, hətta bir ay çəkə bilər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, münaqişə fonunda Hörmüz boğazından keçən neft və LNG daşımalarında ciddi azalma müşahidə olunub. Bu da qlobal enerji tədarükünün təxminən beşdə birinə təsir edib.