Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
2026-09-01 21:11:20
Sumqayıt sakini sirkədən zəhərlənərək ölüb.
Hurriyyet.media xəbər verir ki, avqustun 31-i saat 01 radələrində 1981-ci il təvəllüdlü Samir İsrafilov yaşadığı Xəzər bağlar sahəsindəki evdə sirkə turşusu içib.
O, xəstəxanaya çatdırılsa da, saat 10 radələrində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.