📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Simonyan Paşinyandan ayrıldı – “Mandatı götürməyəcəm, prezidentliyə isə...”

2026-07-02 15:04:26

Simonyan Paşinyandan ayrıldı – “Mandatı götürməyəcəm, prezidentliyə isə...”

Ermənistan parlamentinin sədri Alen Simonyan növbəti çağırış parlamentində deputat mandatını qəbul etməyəcəyini və Milli Məclisdə fəaliyyətini davam etdirməyəcəyini bildirib.

Hurriyyet.info  xəbər verir ki, bu barədə o yerli nətbuata açıqlamasında bildirib.

"Mandatı götürməyəcəyəm, deputat kimi işimi davam etdirmək üçün Milli Məclisə gəlməyəcəyəm. Əvvəla, bir az dincəlmək istəyirəm", – Simonyan deyib.

Simonyan bildirib ki, fəaliyyət göstərdiyi parlament müharibədən sonrakı dövrə təsadüf edib və çətin şəraitdə işləyib.

"Unutmayın ki, bu, müharibədən sonrakı Milli Məclis idi. Bu, müxtəlif çətinliklərdən və çətin vəziyyətlərdən keçən Milli Məclis idi", – o vurğulayıb.

Simonyan Ermənistan prezidenti vəzifəsinə iddialı olmadığını da bildirib.

"Siyasətdən getməyəcəyəm, siyasi səhifəni bağlamıram", – parlament sədri əlavə edib.