📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Silahlı Qüvvələr günü Laçında hərbçilər yürüş ediblər

2026-06-26 13:39:50

Silahlı Qüvvələr günü Laçında hərbçilər yürüş ediblər

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib.

Hərbi yürüş Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər. (AZƏRTAC)

yurus 1.JPG