📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

2026-09-03 13:18:29

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

“Progress-2016” MTK-nın rəhbəri Emil Səmədov məhkəmə araşdırması başa çatıb.

Hurriyyet.media  əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.

Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi - 13 il həbs cəzası verilib.

Fotoda: Emil Səməndərov

Qeyd edək ki, hazırda təqsirli bilinən şirkət rəhbəri bu yaxınlarda məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi. Buna səbəb isə Şərurlu İsfəndiyarın bir verilişdə onu “dələduz” adlandırması olub. Səməndərov qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan bu ifadəni özünə qarşı təhqir və böhtan hesab edərək qarşı tərəfin cəzalandırılmasını istəyib. Məhkəmə şikayəti əsassız sayaraq Şərurlu İsfəndiyara bəraət verib.