📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH-la danışıqlar başladı - Avropa ölkələri İrandan nə istəyirlər?

2026-05-16 20:44:06

SEPAH-la danışıqlar başladı - Avropa ölkələri İrandan nə istəyirlər?

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri ilə danışıqlara başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, mayın 16-da Şərqi Asiya ölkələrinin, xüsusən də Çin, Pakistan və Yaponiyaya məxsus gəmilərin keçidindən sonra avropalıların da SEPAH-ın hərbi dəniz qüvvələri ilə danışıqlara başladığı barədə xəbər yayılıb.

Bundan əvvəl ABŞ-ın energetika naziri Kris Rayt Hörmüz boğazının ən geci 2026-cı ilin yayına qədər açılacağını bəyan etmişdi. Onun sözlərinə görə, əgər İran dünya iqtisadiyyatını girov saxlamağa davam edərsə, ABŞ hərbçiləri Hörmüz boğazını güc tətbiq edərək açacaqlar.