📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sən çağırsan gələrəm mən: Paşinyan Bakıya gəlmək istəyir

2026-06-17 21:06:44

Sən çağırsan gələrəm mən: Paşinyan Bakıya gəlmək istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya səfər ehtimalı ilə bağlı növbəti dəfə açıqlama verib.

Musavat.com xəbər verir ki, Paşinyan Avropa Siyasi Birliyinin sammiti ilə bağlı danışarkən, dəvət alacağı təqdirdə Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

“Artıq demişdim ki, əgər 2029-cu ildə Avropa Siyasi Birliyinin sammitinə dəvət olsam, Bakıya gedəcəyəm. İndi də eyni mövqedəyəm – dəvət olsa, Bakıya səfər edəcəyəm”, – deyə Ermənistanın baş naziri vurğulayıb.