📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı

2026-06-20 12:37:27

Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı

Şəmkirdə evdə meyit aşkarlanıb.

Hurriyyet.info  apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyiti yaşadığı evdə tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, ölümün səbəbi hələ müəyyən edilməyib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.