📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı

2026-08-31 10:11:58

Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı

Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.

Hurriyyet.media  xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.