📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfir: Azərbaycan və Danimarka arasında ticarət kifayət qədər şaxələnib

2026-06-19 17:19:40

Səfir: Azərbaycan və Danimarka arasında ticarət kifayət qədər şaxələnib

Azərbaycan və Danimarka arasında ticarət kifayət qədər şaxələnib.

Bunu "Report"un Türkiyə bürosunda müsahibəsində Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ole Toft deyib.

Səfir qeyd edib ki, hər iki ölkə çox müxtəlif məhsullarla ticarət aparır:

"Ticarətdə ciddi şəkildə üstünlük təşkil edən tək bir məhsul yoxdur; əksinə, ticarət kifayət qədər şaxələnib. Danimarka tərəfindən Azərbaycana ixrac edilən əsas məhsullardan biri əczaçılıq məhsullarıdır. Azərbaycandan isə Danimarkaya kənd təsərrüfatı məhsulları idxal edirik".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.