📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfərbərlik Xidmətindən vəfat edən əsgərlə bağlı AÇIQLAMA

2026-05-12 11:54:59

Səfərbərlik Xidmətindən vəfat edən əsgərlə bağlı AÇIQLAMA

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət keçən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.

Hurriyyet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.

Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.