📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Şəfa" Tərlan Quliyevlə müqavilənin müddətini uzadıb

2026-06-13 13:36:42

"Şəfa" klubu futbolçusu Tərlan Quliyevlə müqavilənin müddətini uzadıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.

34 yaşlı oyunçu 1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, "Şəfa"nın kapitanı 2025-ci ildən komandada çıxış edir.